
Qələbədən sonra nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar açılıb – Baş nazir
Bakı. Trend:
44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra
regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün
yeni imkanlar açılıb.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli
Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə
fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.
Baş nazir bildirib ki, bu kontekstdə yeni beynəlxalq və regional
nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin
açılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan Zəngəzur dəhlizi
çərçivəsində öz ərazisində lazımi infrastrukturun yaradılması ilə
bağlı işləri sürətlə davam etdirir.
O qeyd edib ki, Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə
işlər 38%, Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu
üzrə isə 74% yerinə yetirilmişdir (hər iki yolun tikintisi 2024-cü
ildə başa çatacaq).
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat
verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.