Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır və köçkünlərin təhlükəsiz qayıdışına mane olur – ABŞ səfirliyi (Özəl)

Bakı. Trend:

Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır
və köçkünlərin təhlükəsiz qayıdışına mane olur.

Bunu 16 mart tarixində Azərbaycanın Ağdam rayonunda iki dinc
sakinin ölümünə səbəb olan mina partlayışı ilə əlaqədar Trend-in
sorğusuna ABŞ səfirliyindən cavab olaraq bildiriblər.

“ABŞ səfirliyi Ağdamda mina partlayışı nəticəsində həlak
olanların ailəsinə başsağlığı verir. Münaqişə rayonunda minalar və
partlamamış hərbi sursatlar dinc sakinləri öldürməyə və şikəst
qoymağa davam edir”, – diplomatik nümayəndəlikdən bildirilib.

Səfirlik ABŞ-nin humanitar minatəmizləmə işlərini dəstəklədiyini
qeyd edib.

“Regionda sülhə və əməkdaşlığa kömək etmək məqsədilə ABŞ 2021-ci
ilin noyabrından münaqişə rayonlarında humanitar minatəmizləmə
işlərinə 2,5 milyon dollar vəsait ayırıb”,- ABŞ səfirliyindən
deyiblər.

Qeyd edək ki, Ağdam rayonunun Yusifcanlı kəndinin iki dinc
sakini mina partlayışı nəticəsində həlak olub. 1999-cu il
təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü
Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Twitter: @Lyaman_Zeyn

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir