Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib

Bakı. Trend:

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru
Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş
kros birinciliyi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, birincilik uğrunda 24 hərbi qulluqçu 8
komanda üzrə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən
yarışda hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr
məsafəsinə kros qaçışı üzrə güclərini sınayıblar.

Yarışın nəticəsinə əsasən, “Hadrut”, “Bərdə” və “Kəlbəcər”
komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə
qərarlaşıblar.

Yekunda qaliblər diplom, kubok və medallarla
mükafatlandırılıblar.

Qeyd edək ki, qaliblər cari ilin aprel ayında Azərbaycan Ordusu
üzrə keçiriləcək kros birinciliyində güclərini sınayacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir