Sabah Bakıda 18 dərəcə isti olacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz
keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı
ehtimalı var. Səhər və axşam saatlarında duman olacaq. Şimal-qərb
küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın
temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer
təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 %
olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi
əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti,
dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti
olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir