
SOCAR-ın prezidenti Rövşən Nəcəf Gənc İstedadlar Proqramına seçilmiş gənclərlə görüş keçirib (FOTO)
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Gənc
İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə görüş təşkil
olunub.
Tələbələr öncə SOCAR-da Ulu Öndər Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış
olublar.
Daha sonra GİP-də iştirak edən tələbələrlə SOCAR-ın prezidenti
Rövşən Nəcəfin görüşü keçirilib. GİP-in iştirakçılarını təbrik edən
Rövşən Nəcəf şirkətin korporativ hədəflərinə çatmasında istedadlı
gənclərin rolundan və əhəmiyyətindən bəhs edib.
Proqramın bundan öncəki qaliblərinin nailiyyətləri ilə bağlı
çıxışlarından sonra, görüş müzakirələr formatında davam
etdirilib.