Süni qiymət artımı ilə bağlı mübarizəni gücləndirəcəyik – Əli Əsədov

Bakı. Trend:

Süni qiymət artımı ilə bağlı mübarizəni gücləndirəcəyik.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli
Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə
fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

O qeyd edib ki, infilyasiya Azərbaycana idxal olunan
infilyasiyadır. “Bununla belə bazarda qiymətlərin monitorinqi
aparılır. Süni qiymət artımı ilə mübarizə hökumətin əsas
vəzifələrindən biridir”, – deyə Baş nazir əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat
verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir