
Türkiyə Prezidenti NATO-nun baş katibi ilə telefonla danışıb
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens
Stoltenberqlə telefonla danışıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident
Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə lideri Finlandiyanın NATO-ya
Üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisindəki təsdiq
prosesini başlatmağa qərar verdiyini açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu qərarı Finlandiyanın
nümayiş etdirdiyi mövqenin İsveçdən müsbət mənada fərqləndiyi ilə
izah edib.