Vejnəli qızıl yatağında təhvil-təslim işləri başa çatdırılıb

Bakı. Trend:

Vejnəli qızıl yatağında təhvil-təslim işləri başa
çatdırılıb.

Trend-in
məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə
fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Zəngilan rayonunda yerləşən Vejnəli qızıl yatağında mövcud qızıl
emalı zavodu və digər yardımçı istehsalat vasitələrinin “Azərbaycan
İnterneyşnl Mayninq Kompani Limited” Şirkətinə verilməsi məqsədilə
monitorinq və təftiş işləri, habelə təhvil-təslim işləri başa
çatdırılıb.

Qeyd edək ki, Vejnəli qızıl yatağı Zəngilan rayonunun Vejnəli
kənd inzibati ərazisində yerləşir. Ermənistan işğalı dövründə bu
ərazidə kimyəvi terrorizm üzrə qruplar fəaliyyət göstərirdi.
Həmçinin Ermənistan kənd ərazisində yerləşən qızıl yataqlarını bu
illər ərzində qeyri-qanuni istismar edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat
verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir