“WhatsApp”dan növbəti yenilik

Bakı. Trend:

“WhatsApp”ın, yeni “iOS” yeniləməsi ilə tətbiqə “audio status”
paylaşma xüsusiyyəti yaradılıb.

Trend-in məlumatına görə, WhatsApp-ın yeni iOS yeniləməsi ilə
gələn bu xüsusiyyət uzun müddətdir ki, gözlənilirdi.

İstifadəçilər indi mətn, foto və videodan əlavə olaraq audioları
da status yeniləmələrinidə paylaşa biləcəklər.

Bunun üçün tətbiqdə “Status” bölməsinə keçib “qələm” işarəsinə,
sonra ekranın altındakı “mikrofon” işarəsini sıxıb saxlamaq
lazımdır. Beləliklə, səs status formalaşdırmış olacaqsız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir