
Yaponiya Şimali Koreyaya qarşı sanksiyalar siyahısını genişləndirib
Bakı. Trend:
Yaponiya Koreya Xalq Demokratik Respuvlikasına qarşı raket
buraxılışlarının artırıldığna görə əlavə sanksiyalar tətbiq
edib.
Trend xəbər verir ki, bu barədə mətbuta konfransı zamanı
Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno
deyib.
“Ölkəmiz tərəfindən Şimali Koreyaya qarşı əlavə tədbirlər kimi,
BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə inkişafı qadağan edilən
KXDR-in nüvə raket proqramı ilə əlaqəli daha 3 şəxsin sanksiyalar
siyahısına əlavə edilməsi qərara alınıb”, – deyə H.Matsuno
bildirib.
Onun sözlərinə görə, Şimali Koreyanın raket fəaliyyəti regionda
sabitlik və təhlükəsizliyə təhdid yaradır və tamamilə
qəbuledilməzdir.
Nazirlər Kabinetinin baş katibi Yaponiyanın Koreya yarımadasının
nüvəsizləşdirilməsi üçün Cənubi Koreya və ABŞ ilə sıx əməkdaşlığı
davam etdirəcəyinə söz verib.