Yenidənqurmadan sonra Xanoba gömrük postu istismara verilib (FOTO/VİDEO)

Xaçmaz. Trend:

Martın 17-də yenidənqurmadan sonra Xanoba gömrük postunun
istismara verilməsi mərasimi baş tutub.

Trend-in məlumatına görə, açılış mərasimində baş nazirin müavini
Şahin Mustafayev, Rusiya Federasiyası Hökumətinin sədr müavini
Aleksey Overçuk, Dağıstan Respublikası Hökumətinin sədri və digər
rəsmilər iştirak ediblər.

Xanoba gömrük postunun istifadəyə verilməsi ilə əlavə olaraq
gündə minədək yük avtomobilinin buraxılışının mümkün olacağı
gözlənilir.

Qeyd edək ki, Xanoba gömrük postu Azərbaycanın Rusiya
Federasiyası ilə sərhədində yerləşir. “Xanoba” gömrük postunun
bərpasına dair qərar Samur gömrük postunun ötürücülük yükünün
azaldılması məqsədilə qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir