
“YouTube TV” abunəçilərinə yeni qiymət artımı tətbiq edir
Bakı. Trend:
“Google”a məxsus yayım xidməti olan “YouTube
TV” abunəçilərinə yeni qiymət artımı tətbiq edəcəyini
açıqlayıb.
Trend-in məlumatına görə, “YouTube”da televiziya kanallarına və
daha çoxuna baxmağa imkan verən platforma dünyanın bir çox
ölkəsində populyardır.
“Google”un açıqlamasına görə, yeni abunəçilər üçün 8 dollar
artım tətbiq edilib. Beləliklə, aylıq abunə qiyməti 73 dollara
yüksəldilir.
Mövcud abunəçilər üçün aprelin 18-dək qiymət artımı tətbiq
olunmayacaq.
“Google” “YouTube TV”də məzmun üçün
lisenziya müqavilələrinin yeniləndiyini və ödənilən qonorarın
məbləğinin artırıldığını bildirib. Artan xərcləri öz müştərilərinə
əks etdirmək məcburiyyətində qaldıqlarını bildirən şirkət maraqlı
bir şəkildə 4K Plus paketini ucuzlaşdırıb. Bu plagin ayda 20
dollardan 10 dollara azaldılıb.