Zəngəzur dəhlizinin açılması böyük əhəmiyuyət kəsb edir – Əli Əsədov
Bakı. Trend:
Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli
Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə
fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.
Baş nazir bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması
ilə bağlı öz ərazisində işləri sürətlə davam etdirir.
Baş nazir eyni zamanda qeyd edir ki, Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası”
Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata
alınıb.
“Burada layihələrin həyata keçirilməsinə ümumilikdə 106 mln.
manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur, 800-dən çox yeni iş
yerlərinin açılması planlaşdırılır”, – deyə nazir əlavə edib.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat
verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.