Əfqanıstanda zəlzələ baş verib

Bakı. Trend:

Əfqanıstanda 5,3 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji
Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 161 min nəfərdən çox əhalisi olan
Kunduz şəhərindən 99 kilometr şərqdə yerləşib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir