Arvadını öldürməkdə şübhəli bilinən şəxs könüllü olaraq istintaqa təslim olub

Arvadını öldürməkdə şübhəli bilinən şəxs könüllü olaraq
istintaqa təslim olub

Martın 18-i-si saat 15 radələrində 1970-ci il təvəllüdlü Sevda
Ramazanovanın xəsarət alması və 1995-ci il təvəllüdlü Əfsanə
Ramazanovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.

İlkin araşdırma zamanı 1991-ci il təvəllüdlü Fərmayil Əliyevin
Astara rayonunun Şiyəkəran kəndində yerləşən fərdi yaşayış
evlərindən birində kəsici-deşici alətlə qayınanası Kifayət
Əsədovaya və arvadı Əfsanə Ramazanovaya xəsarətlər yetirməsi,
sonuncunun aldığı xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr
müəyyən edilib.

Fərmayil Əliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim
olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir