
Azərbaycan 2023-cü ilin əvvəlindən sitrus meyvələrinin ixracını artırıb
Bakı. Trend:
Azərbaycan 2023-cü ilin əvvəlindən 750,8 ton sitrus meyvəsi
ixrac edib.
Trend-ə bu barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyindən deyiblər.
Nazirlikdə illik hesablamada bu göstəricinn 10,8 dəfə artdığı
vurğulanıb.
“İxrac göstəricisi dəyər ifadəsində 2022-ci ilin yanvar-fevral
ayları ilə müqayisədə 6,3 dəfə artaraq, 582,8 min dollar olub”, –
nazirlikdən bildiriblər.
Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə, Azərbaycanın ixrac
olunan kənd təsərrüfatı məhsullarının dəyəri 2021-ci illə
müqayisədə 3,2 faiz artaraq 1,14 milyard dolları keçib. Ötən il
ölkədən ümumilikdə 396 min ton meyvə ixrac edilib ki, bu da 2021-ci
illə müqayisədə 5,6 faiz yüksəkdir.