
Azərbaycanda ət istehsalı 2,8 faiz artıb
Bakı. Trend:
Yanvar-fevral aylarında Azərbaycanda diri çəkidə 90,4 min ton
ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta və 39,5 min ton
tərəvəz istehsal olunub.
Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, 2022-ci
ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 2,8 faiz, süd
istehsalı 1,1 faiz, yumurta istehsalı 16,1 faiz və tərəvəz
istehsalı 0,8 faiz artıb.
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə kənd
təsərrüfatının ümumi məhsulu 3,3 faiz, o cümlədən heyvandarlıq
məhsulları istehsalı 3,4 faiz, bitkiçilik məhsulları istehsalı 1,9
faiz artıb.