
Azərbaycanla Türkiyə arasında tikintidə normativ və qiymətqoyma sistemi təkmilləşdiriləcək – FƏRMAN
Bakı. Trend:
2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti
arasında tikintidə normativ və qiymətqoyma sisteminin
təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”
təsdiq edilib.
Trend xəbər verir
ki, Prezident İlham Əliyev bununla bağlı Fərmanı imzalayıb.
Fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra
Fövqəladə Hallar Nazirliyinə onun müddəalarının həyata
keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Anlaşma
Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası
Hökumətinə bildiriş göndərmək tapşırılıb.