
Bakı bulvarının yaxınlığında dənizdən meyit tapılıb
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli
Park yaxınlığında, dənizdə naməlum kişi meyitinin aşkarlanması ilə
bağlı müraciət daxil olub.
FHN-dən Trend-ə bildirilib ki, meyitin dənizdən çıxarılmasına
kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda
Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb
olunub.
Görülən tədbirlər nəticəsində meyit dənizdən çıxarılaraq
aidiyyəti üzrə təhvil verilib.