Bu gün Bakının 550 küçəsi yuyulub – BŞİH (FOTO)

Bakı. Trend:

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin qərarına
uyğun olaraq bu gün paytaxtda təmizlik və abadlıqla bağlı geniş
ümumşəhər daxili iməcliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən
Trend-ə verilən məlumata görə, səhər saatlarından etibarən Bakı
Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin
texnikası tərəfindən şəhərin 550 əsas küçə və prospektlərin yuyucu
maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı
təmizlik və abadlıq işləri həyata keçirilib. Daxili iməclikdə Bakı
Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı müəssisə, idarə
və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor
nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.

Paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər mütəmadi
olaraq davam etdiriləcək və bu işlər öz növbəsində Bakı şəhərinin
daha da gözəlləşdirilməsinə böyük töhfə olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir