
Dənizkənarı Milli Park yaxınlığında meyitin aşkarlanması ilə bağlı araşdırma aparılır – Baş Prokurorluq
Bakı. Trend:
Paytaxtın Səbail rayonundakı Dənizkənarı Milli Park
yaxınlığında, dənizdə 2002-ci il təvəllüdlü Xəyal Məmmədovun
meyitinin aşkarlanması ilə bağlı rayon prokurorluğunda araşdırma
aparılır.
Bu barədə Trend-ə
Baş Prokurorluğun mətbuat xidmətindən sorğuya cavab olaraq məlumat
verilib.
Bildirilib ki, mərhumun intihar etməsi ehtimal olunur.