DSX və DİN sərhəddə əməliyyat keçirdi
Bakı. Trend:
Mart ayının 18-i saat 03:40-da Dövlət Sərhəd Xidməti (DSX) və
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdiyi birgə
əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun
Mollaməhərrəmli kəndi yaxınlığında “Saipa” markalı, 99-PU-326
dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün
saxlanılıb.
Bu barədə Trend-ə DSX-nin Mətbuat Mərkəzindən məlumat
verilib.
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Bakı şəhər
sakinləri – Ələkbərov Nicat Hatəm oğlu, Qurbanov Əlixan Əlzahid
oğlu və Şükürov Yəhya Tahir oğlu olmaları müəyyən edilib.
Avtomobilə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 500 qram
narkotik vasitə (4 kiloqram marixuana, 4 kiloqram tiryək, 2
kiloqram metamfetamin və 500 qram heroin) aşkar olunaraq
götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.