DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata
əsasən martın 21-dək davam edəcək dumanlı hava şəraiti ilə əlaqədar
hazırda ölkə ərazisində görünüş məsafəsi ​200-500 metrədək
məhdudlaşıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata
görə, qeyri-iş günlərində respublikanın avtomobil yollarında
hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağını da nəzərə
alaraq, səfərə çıxan sürücüləri mövcud hava şəraitini düzgün
qiymətləndirməyə, bayram ərəfəsində xoşagəlməz hadisələrin
yaşanmaması üçün təhlükəsizlik qaydalarına ciddi əməl etməyə
çağırırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir