
Ekvadorda 6,7 bal gücündə zəlzələ baş verib
Bakı. Trend:
Ekvadorda 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi
Seysmoloji Mərkəzi bildirib.
Zəlzələnin episentri Naranhal şəhərindən 17 km cənub-qərbdə,
ocağı isə 85 km dərinlikdə yerləşib.
Xəsarət alalar və dağıntılar barədə məlumat daxil olmayıb.
Sunami təhlükəsi elan edilməyib.