Ekvadorda baş verən zəlzələ nəticəsində azı 3 nəfər ölüb

Bakı. Trend:

Ekvadorda bu gün səhər saatlarında baş verən 6,7 bal gücündə
zəlzələ nəticəsində azı 3 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə “Semana” qəzeti
xilasedicilərə istinadən bildirib.

Qeyd olunub ki, hazırda Naranhal şəhərində dağıntılar
təmizlənir. “El Universo” qəzeti bildirib ki, bir neçə nəfər
yaralanıb. Zəlzələ zamanı onlar divarların uçduğu avtomobildə
olublar.

Ölkənin qərbində yerləşən bir neçə şəhərdə elektrik enerjisinin
verilməsi qismən dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir