Ermənistan ATƏT-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumunu pisləyən bəyannamənin qəbul edilməsinə mane olub

Bakı. Trend:

Məlum olduğu kimi, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq
Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniyada
keçirilmiş 49-cu sessiyası zamanı dünən qəbul edilmiş 5 qətnamədən
biri “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı
hücum” adlı qətnamə idi. Qətnamədə 27 yanvar 2023-cü il tarixində
Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı ölümlə
nəticələnən silahlı hücumu qəti şəkildə pislənir, İran hökumətini
baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri
cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında
1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan
Respublikasının İran İslam Respublikasının ərazisində olan
diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə
çağırılır.

Trend-in məlumatına görə, lakin Ermənistan tərəfi İranın
sifarişi ilə eyniməzmunlu bəyannamənin ATƏT-də qəbul edilməsinə
mane olub.

Təəssüf ki, 2 aya yaxın müddətdə davam edən müzakirələrə
Ermənistan tərəfi hər vəchlə maneə törədib və Səfirliyə xain hücumu
pisləyən, terror qurbanlarının ailələrinə başsağlığı diləklərinin
çatdırıldığı, və ədalətin təmin olunması məqsədilə hərtərəfli
istintaq aparılmasının vacibliyinin vurğulandığı bəyannamənin
qəbuluna imkan verməyib.

Bu, bir daha göstərir ki, Ermənistan İranın ATƏT-də əsas
təmsilçisi olmaqla yanaşı, sülhdə və əmin-amanlıqda maraqlı olmayan
tərəfdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir