
İƏT-in Nazirlər Şurası dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb
Bakı. Trend
“1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı
qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki
əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi
bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə
cinayəti olaraq qəbul edilməyə çağırılır və “Xocalıya ədalət”
ictimai kampaniyasına dəstək ifadə olunur.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən bildirilib.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı
təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan
Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və
sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan
Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü
nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə
aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir
olunması” adlı qətnamələrdə Ermənistan tərəfindən Azərbaycana qarşı
30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti
şəkildə pislənilir və işğalın ağır fəsadlarının aradan qaldırılması
istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan
hökuməti və xalqına dəstək ifadə olunur”, – deyə qeyd edilib.