İon-Adriatik boru kəmərinin ilkin layihələndirilməsi tamamlanıb

Bakı. Trend:

İon-Adriatik boru kəmərinin (IAP) Albaniya və Monteneqro
hissələrinin ilkin layihələndirilməsi tamamlanıb.

Trend-ə bu barədə Xorvatiyanın qaz nəqli sisteminin operatoru
olan Plinacro şirkətindən bildiriblər.

“IAP-ın Xorvatiya hissəsində böyük irəliləyiş müşahidə olunur
ki, bu da müəyyən dərəcədə Qərbi Balkan İnvestisiya Çərçivəsi
Təşkilatı (WBIF) kimi Avropa İttifaqının fond vəsaitləri sayəsində
mümkün olub. Xüsusən, Xorvatiya ərazisində boru kəmərinin bəzi
sahələri üçün artıq tikintiyə icazələr alınıb, Albaniya və
Monteneqro sahələri üçün isə ilkin layihələndirmə artıq
tamamlanıb”, – şirkətdən deyiblər.

Qeyd edək ki, İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi
Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru
kəmərinə (TAP) qoşula bilər.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə beş milyard kubmetr
qaz təşkil edəcək.

TAP artıq layihənin tərtibatçıları olan Plinacro (Xorvatiya),
BH-Gas (Bosniya və Herseqovina), GeoplinPlinovodi (Sloveniya) ilə,
həmçinin Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və
Tərəfdaşlığa dair Memorandum imzalayıb.

TAP və IAP işçi qrupu yaradılıb və texniki qoşulma məsələlərini
razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirir.

Twitter:
@Lyaman_Zeyn

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir