
Kreditlərin 97,1 faizi banklar tərəfindən verilib
Bakı. Trend:
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, fevral ayının 1-nə
ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli
əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq, milli
valyuta ekvivalentində 20 milyard 259,2 milyon manat təşkil
edib.
Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, ümumi
kredit portfelinin 16 milyon 656,3 milyon manatı və ya 82,2 faizi
uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,1 faizi
banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit
ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin
məbləği il ərzində 17,4 faiz azalaraq 583,8 milyon manat olub və
ümumi kredit portfelinin 2,9 faizini təşkil edib.