Metropoliten “Nərimanov”stansiyasındakı hadisəyə aydınlıq gətirdi

Bakı. Trend:

Sosial şəbəkələrdə Bakı metropoliteninin “Nərimanov” stansiyası
ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bildiririk ki,
stansiyada qatarın qapısı bağlanarkən, bir uşağın əlinin vaqon
qapısı arasında qaldığından valideyn anidən həyəcanlanaraq, təşviş
içində köməyə çağırıb.

Bakı metropolitenindən Trend-ə verilən məlumata görə, dərhal metropoliten
əməkdaşları və polis işçiləri sərnişinə kömək göstərib. Hadisə
nəticəsində azyaşlı sərnişinin xəsarət və ya zədə almadığı müəyyən
olunub.

Valideyn hər hansısa digər köməkdən və təcili tibbi yardım
xidmətinin dəvət olunmasından imtina edərək, yoluna davam edib.
Valideynin təşviş içində olması digər sərnişinlərə də sirayət edib.
Dərhal ciddi problemin və təşvişə əsasların olmaması sərnişinlərin
diqqətinə çatdırılıb.

Bildiririk ki, hadisə nəticəsində sərnişinlərin hərəkət
təhlükəsizliyi, o cümlədən qatarların hərəkət qrafiki ilə bağlı
ciddi problem yaranmayıb.

Bir daha xatırladırıq ki, metropolitendən istifadə edərkən,
ələlxüsus qatara minib-düşərkən azyaşlı sərnişinlərin diqqətdə
saxlanması, onlara nəzarət olunması unudulmamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir