Neftçalada qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis
Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq
balıq ovu ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə
cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan Trend-ə verilən məlumata görə, polis və Şirvan Milli
Parkının əməkdaşları tərəfindən Şirvan kanalının Neftçala rayonu
ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət
tədbirləri zamanı sintetik tordan istifadə etməklə balıq ovu ilə
məşğul olan rayonun Yeniqışlaq kənd sakini Taleh Məmmədov
saxlanılıb.

Həmin şəxsdən bir ədəd mühərriklə təchiz edilmiş taxta qayıq,
uzunluğu 10 metrdən artıq olan sintetik tor və qanunsuz olaraq
ovlanmış 31 ədəd külmə balığı aşkarlanaraq maddi sübut kimi
götürülüb.

Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1023 manat
miqdarında zərər vurması müəyyən edilib.

Faktla bağlı T.Məmmədov barəsində cinayət işi başlanılıb,
araşdırmalar davam etdirilir.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən
respublikanın digər bölgələrində də qanunsuz balıq ovu hallarının
qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir