
Ötən gün yol qəzalarında 6 nəfər ölüb
Bakı. Trend:
Martın 17-də ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən
bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının
əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə
bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən
borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti
üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5
yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 3 nəfər
isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.