Prezident İlham Əliyev: Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir

Bakı. Trend:

Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma
Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir.

Trend xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham
Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində
Azərbaycan xalqına müraciətində deyib.

“Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz
xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün
şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman
Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların
canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq”.

İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqının bir
yumruq kimi birləşdiyini vurğulayan Prezident İlham Əliyev
xalqımıza yeni-yeni uğurlar və qələbələr arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir