
Prezident İlham Əliyev: Bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, müzəffər Ordumuz cavab verəcək
Bakı. Trend:
İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər
oldu, Ermənistana nə qədər yardımlar göndərildi. Ermənistanın
müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar.
Trend xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham
Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində
Azərbaycan xalqına müraciətində söyləyib.
“Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir,
sabah da dura bilməyəcək”, – deyən dövlətimizin başçısı vurğulayıb
ki, bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, güclü
siyasətimiz, müzəffər Ordumuz cavab verəcək.