Prezident İlham Əliyev: Doğma Qarabağda, doğma Zəngəzurda əbədi yaşayacağıq
Bakı. Trend:
Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında
dayanmışıq və burada əbədi yaşayacağıq. Azərbaycan xalqı haqlı
olaraq qürur hissi ilə yaşayır.
Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz
bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa
müraciətində deyib.
“Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi
bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq
və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsində 44 gün
ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra bütün
sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik”, –
deyə dövlətimizin başçısı qeyd edib.