Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın
Bakı. Trend:
Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü
və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun
bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son
məlumata görə 10 min yox, 11 min fərari olmuşdur.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz
bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa
müraciətində bildirib.
Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, İkinci Qarabağ
müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni
reallıqları hər kəs qəbul etməlidir. “Bizim torpaqlarımızın 30 il
ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və
gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində
olmalıdır, – deyə dövlətimizin başçısı əlavə edib.