Prezident İlham Əliyev: Otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda bizim sözümüzə reaksiya verən qurum tapılmadı

Bakı. Trend:

Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda
öz haqq səsimizi ucaltmışdıq. Ancaq əfsuslar olsun ki, bizim
sözümüzə reaksiya verən qurum tapılmadı.

Trend xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham
Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində
Azərbaycan xalqına müraciətində deyib.

“Əksinə, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər
məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi. İndi
İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində əldə
edilmiş yeni məlumatlar bunu bir daha təsdiqləyir”, – deyə
dövlətimizin başçısı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir