Prezident İlham Əliyev: “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün nə deyir?

Bakı. Trend:

“Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu
gün görün nə deyir. Bu gün deyir ki, bizə imkan verin 29 min
kvadratkilometr ərazidə biz yaşayaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham
Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində
xalqa müraciətində bildirib.

İşğal dövründə işğal edilmiş bütün torpaqların dırnaqarası
“Dağlıq Qarabağ respublikası” adı altında birləşdirilməsinə cəhd
göstərildiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Beynəlxalq
təşkilatlar, bəzi ermənipərəst ölkələr nə üçün o vaxt Ermənistana
irad tutmurdular? Biz nə qədər ikili standartlarla üzləşməliyik?
Biz nə qədər riyakarlıqla üzləşməliyik?”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir