Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Talış kəndində Xatirə daşına baxış keçiriblər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci
xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər
rayonunun Talış kəndində görülən işlərlə tanış olublar.

Trend xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım
əvvəlcə Talış kəndində Xatirə daşına baxış keçirdilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji
ərazini düşməndən azad edib. Talış kəndində yüksək nöqtələrdən
birində bu ərazinin işğaldan azad olunduğu gün Müzəffər Ali Baş
Komandan tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu Xatirə
daşı yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir