Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Talış kəndinin sakinləri ilə səmimi görüşü (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci
xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər
rayonunun Talış kəndində görülən işlərlə tanış olublar.

Trend xıbır verir ki, Prezident İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və Arzu Əliyeva kənd sakinləri ilə görüşüb söhbət
etdilər.

Prezident İlham Əliyev: Qarşıdan gələn bayram
münasibətilə və Talış kəndinə qayıtmağınız münasibətilə sizi
ürəkdən təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Biz qayıtmışıq, əbədi
burada yaşayacağıq.

Qadın sakin: İnşallah.

Prezident İlham Əliyev: Baxın, bu Talış
kəndinin birinci mərhələsidir. Görün nə qədər gözəldir. Göz oxşayır
bütün binalar.

Sakinlər: Allah Sizi qorusun, Allah Sizə
dəyməsin.

Prezident İlham Əliyev: Yəqin ki, uzağı bir
ildən sonra qalan bütün 158 ev də tikiləcək.

Sakinlər: Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Burada mindən çox insan
yaşayacaq. Ondan sonra minlərlə insan yaşayacaq.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Biz öz doğma
torpaqlarımıza qayıtmışıq, qan tökərək, şəhidlər verərək. Allah
bütün şəhidlərimizə rəhmət eləsin.

Sakinlər: Amin.

Prezident İlham Əliyev: Onların qanı bahasına
biz gəlmişik, sizi də gətirmişik. Siz də artıq iki gündür ki,
buradasınız, bilirəm.

Sakinlər: Çox sağ olun, təşəkkür edirik.

Prezident İlham Əliyev: Məşğulluqla bağlı,
ictimai işlərdə işləməklə bağlı, dövlət işində işlə bağlı bütün
məsələlər həll olunub. Qarabağ cənnətdir.

Qadın sakin: Azərbaycandır!

Prezident İlham Əliyev: Azərbaycandır!

Sakinlər: Şəkil çəkdirək.

Prezident İlham Əliyev: Hə, gəlin çəkdirək.

Kişi sakin: Çox sağ olun, Allah canınızı sağ
eləsin. Bizə bu cür şərait yaratdığınız üçün Sizə minnətdarıq.
Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Harada
yaşayırdınız?

Kişi sakin: Bərdə rayonunda. İndi isə öz
kəndimizdəyik. Allah canınızı sağ eləsin.

Gənc qız: Cənab Prezidentimiz, mən Sizi Talış
kəndinin gəncləri və sakinləri adından salamlayıram.

Prezident İlham Əliyev: Sağ olun.

Gənc qız: Mən bu dəqiqə ikiqat qürur duyuram.
Çünki işğaldan azad edilmiş torpağımızda dayanmışam, Sizin
qarşınızda dayanmışam. Bilirəm ki, biz hamımız, bu günü
səbirsizliklə gözləyirdik. Çox şükür ki, biz bu günü gördük. Talış
kəndinin işğaldan azad edilməsi mühüm əhəmiyyətə malik idi. Mən
Sizə çox təşəkkür edirəm. Allah Sizi qorusun. Bir şey də deyim,
gənclərə yaratdığınız şəraitə görə Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Allah Sizə ömür versin. Sevincimizin
həddi-hüdudu yoxdur, Allah haqqı. İcazə verin şəkil çəkdirək, cənab
Prezident.

Digər kişi sakin: Sizi verən Allaha qurban
olum. Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Görürsən, qız necə
qucağımda durur?

Kişi sakin: Heç atasına gəlmir.

Qadın sakin: Babasına gəlir də, babasına. Sağ
olun, çox təşəkkür edirik.

Kişi sakin: Cənab Prezident, bildirmək
istəyirəm ki, biz iki qardaşıq. Elə ikimiz də bu kənd uğrunda
döyüşmüşük. İkimiz də Sizin sayənizdə kəndimizə gəlmişik.
Evlərimiz, həyətlərimiz hamısı çox gözəl, yüksək səviyyədədir. Çox
sağ olun, minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Amin.

Kişi sakin: Siz onsuz da masada qalib
gəlmişdiniz, biz döyüş meydanında onlara bir daha göstərdik. Çox
sağ olun hər şey üçün.

Prezident İlham Əliyev: Elədir, sağ olun.

Sakinlər: Allah Sizi qorusun. Çox sağ olun.
Allah Sizi var eləsin.

Kişi sakin: Qardaşım da, mən də burada
döyüşmüşdük.

Prezident İlham Əliyev: Çox sağ olun.

Kişi sakin: Siz sağ olun.

Prezident İlham Əliyev: Bu döyüş çox önəmli
idi, bilirsən. Bu, strateji nöqtə idi. Biz Talışı azad edəndən
sonra ermənilər artıq gördülər ki, bu, ciddi məsələdir.

Kişi sakin: Bəli, sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Prezidentlə bizim də şəklimizi
çəkin.

Prezident İlham Əliyev: Gəlin çəkdirək.

Kişi sakin: Qarabağ Azərbaycandır!

Qadın sakin: Qızım da çox istəyərdi Sizinlə
görüşsün, amma burada deyil, gələ bilmədi.

Prezident İlham Əliyev: Gələcək?

Qadın sakin: Gələcək.

Prezident İlham Əliyev: Burada yaşayacaq?

Qadın sakin: Bizə qonaq gələcək.

Kişi sakin: Allah Sizi qorusun, bizi evlə təmin
etmisiniz. Çox sağ olun.

Prezident İlham Əliyev uşağa müraciətlə: De, nə deyəcəkdin?

Sakin: Deyir ki, babanın da bayramını təbrik
edək.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür
edirəm.

Sakinlər: Çox sağ olun. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Burada minalar çox idi,
bilirsiniz.

Sakin: Bəli, 44 günlük döyüşlərdən sonra burada
Beynəlxalq Avrasiya Mətbuat Fondunun nəzdində İcma Mina Aksiyası
komandasında çalışıram. Orada minalar var, təmizlənməsində iştirak
edirəm.

Birinci xanım Mehriban Əliyeva: Cənab
Prezident, bu gözəl qızı da yanınıza alın.

Prezident İlham Əliyev: Gəl, gəl.

Sakin: Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ ol, çox sağ ol.

Sakin: Xoş gəlmisiniz. Minnətdarıq Sizə. Qürur
duyuruq ki, gəldiniz.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Allah Sizə ömür versin, cansağlığı
versin ki, belə şərait yaratmısınız. Allah haqqı, sevincimizin
həddi-hüdudu yoxdur.

Qadın sakin: Torpaqlarımız azad olundu,
minnətdarıq.

Sakin: Bəli, əsas odur. Allah uzun ömür,
cansağlığı versin. İnşallah, bütün Azərbaycan torpaqlarını
Prezidentimiz birləşdirəcək, inanırıq biz buna.

Digər kişi sakin: Biz fəxr edirik ki, bizim
belə güclü Prezidentimiz var, Qarabağ Azərbaycandır! Allah Sizə
ömür versin, cansağlığı versin. Bu, hələ harasıdır.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Sizin səmimiliyiniz adama bəs edir.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Çox sağ olun, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ ol qızım, çox
sağ ol.

Sakin: Var olasınız.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Cənab Prezident, Allah Sizə dəyməsin,
Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Sağ olun. Gəlin hamımız
birlikdə şəkil çəkdirək. İndi də hamımız “Qarabağ Azərbaycandır!”
deyək.

Hamı bir ağızdan: Qarabağ Azərbaycandır!

Sakin: Burada bir kilsə var.

Prezident İlham Əliyev: Yuxarıda. Bəli, mən
orada olmuşam.

Sakin: Orada bir kitab tapmışdıq, oxuyurdum
orada, Osmanlı türkləri.

Digər sakin: Osmanlıya aiddir, albanlara aid
deyil. Buranın birinci sakini də biz olmuşuq, axırıncı sakini
də.

Prezident İlham Əliyev: Orada bir kilsə, bir də
rus kilsəsi var idi. Mən keçən dəfə orada olanda gedib baxmışam.
Yarı dağılmış vəziyyətdədir.

Sakin: Var idi yuxarıda, amma o, osmanlılara
aid idi, çünki mən oradan bir kitab gətirib oxuyurdum, Osmanlı
imperiyasına aid idi. Albanlara yox, osmanlılara aid idi o
kilsə.

Prezident İlham Əliyev: İndi orada məscidin
yeri də müəyyən olundu, məscid də tikiləcək.

Sakin: Buranın birinci sakini də biz olmuşuq,
axırıncı sakini də. Çox gözəl idi. Mən burada üzümçülük briqadiri
işləmişəm.

Prezident İlham Əliyev: O vaxt kolxoz var
idi?

Sakin: Var idi, üzümçülük var idi. Mən burada
camaatı üzümçülüyə öyrədirdim. Amma indi heç nə yoxdur.

Prezident İlham Əliyev: Süfrə üzümü, yoxsa
texniki sortlar?

Sakin: Şərab üçün üzüm idi, çox gözəl. Üzüm
bağlarının sahəsi çox böyük idi, 100 hektar. Bir də ki, çox gözəl
ərik bağı var idi.

Prezident İlham Əliyev: İndi onların hamısını
əkmək lazım olacaq. Torpaq çox, su var, havası gözəl. İndi kənd
təsərrüfatı üçün ən gözəl şərait buradadır.

Sakin: Çox sağ olun, bəli, torpağı da
münbitdir.

Prezident İlham Əliyev: Torpağı qara
torpaqdır.

Sakin: Buranın çox bulaqları var idi, buradan
çay axırdı, indi məəttəl qalmışıq, o çay yoxdur.

Prezident İlham Əliyev: Onlar bəzi yerlərdə,
Qarabağda kanallar, gölməçələr tikiblər, ona görə kəsmişdilər. İndi
hamısını siz yavaş-yavaş aşkar edəcəksiniz.

Sakin: Bax, orada, dağın dibində elə gözəl
bulaqlar var idi.

Prezident İlham Əliyev: İndi də?

Sakin: Bu saat əsl turizm yeridir oralar.

Prezident İlham Əliyev: İçməli su?

Sakin: Bəli, içməli su, bulaqlar var orada.

Prezident İlham Əliyev: Burada məktəb tikilib,
uşaqlar məktəbə gedəcəklər. Uşaq bağçası da var.

Sakin: Çox sağ olun, təşəkkür edirik.

Prezident İlham Əliyev: Əlbəttə, burada çox iş
görülüb. Borcumuz idi bu torpaqları geri götürmək və bu torpaqları
yenidən qurmaq, sizi də buraya yerləşdirmək.

Qadın sakinlər: Çox sağ olun, minnətdarıq.

Kişi sakin: Bundan sonra biz buradan heç yerə
getməyəcəyik, dünya dağılsa da yerimizdən tərpənməyəcəyik.

Prezident İlham Əliyev: Heç kim sizi tərpədə
bilməz bundan sonra.

Sakin: Nümayəndələriniz də çox gözəl, səmimi.
Minnətdarıq hamısına, çox yaxşı, çox razıyıq Sizdən. Allah razı
olsun Sizdən, dövlətimizdən.

Prezident İlham Əliyev: Allaha şükür burada çox
gözəl həyat olacaq. Siz çoxuna layiqsiniz, 30 il əziyyət çəkdiniz
orada-burada, yataqxanalarda, çadırlarda. İndi bax belə gözəl
şəraitiniz var.

Sakin: Allah şəhidlərimizə rəhmət eləsin. Ən
çox əziyyəti Siz çəkdiniz, cənab Prezident. Bütün dünya Sizinlə
bacara bilmədi, maşallah olsun.

Digər sakin: Ürəyində çəkdi, bütün dünya da
bacarmadı, var olsun.

Prezident İlham Əliyev: Siz durdunuz arxamda,
ona görə də öldü var, döndü yoxdur, qurtardı getdi.

Sakin: Hər zaman da arxanızdayıq.

Prezident İlham Əliyev: Çox sağ olun. Bayram
ərəfəsindəyik. Sizə yaxşı bayramlar arzulayırıq.

Sakin: Çox sağ olun, minnətdarıq cənab
Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Sağ olun.

x x x

Sonda xatirə şəkilləri çəkdirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir