Şəkidə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər tutulub

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon
ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan
şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyatlar
zamanı Şəki şəhər sakinləri, əvvəllər də Cinayət Məcəlləsinin
müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Sadiq Sadıqov
və Məmmədseyid Ağababayev saxlanılıb. Şəxsi axtarış zamanı
M.Ağababayevdən 260 qram marixuana, S.Sadıqovdan isə heroin aşkar
edilərək götürülüb. Davam etdirilən tədbirlərlə sonuncunun yaşadığı
ünvana yaxın ərazidə narkotik vasitə gizlətdiyi də müəyyən olunub.
Həmin yerə baxış keçirilərkən oradan 400 qrama yaxın qurudulmuş
marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim
olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin
digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması
araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir