Sərhəd buraxılış məntəqələrində yaranan nasazlıq aradan qaldırılıb – DSX
Bakı. Trend:
Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq
səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində
vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli
ləngimələr yaranıb.
Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat
Mərkəzindən məlumat verilib.
Bildirilib ki, operativ olaraq həyata keçirilmiş tədbirlər
nəticəsində nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat
vasitələrinin buraxılışı təmin edilib.