Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Martın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, sabah gecə və səhər saatlarında duman olacaq. Şimal-şərq
küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 %
olacaq.

Azərbaycanın rayonlarında əsasən, gecə və axşam bəzi yerlərdə
arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı
ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi
əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti,
dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir