Türkiyə XİN Avropa Parlamentinin Ermənistanla bağlı hesabatını əsassız adlandırıb

Bakı. Trend:

Türkiyə XİN Avropa Parlamentinin Ermənistanla bağlı hesabatını
əsassız adlandırıb.

Trend xəbər verir ki, Türkiyə XİN bununla bağlı bəyanat
yayıb.

“Görünür ki, Avropa Parlamenti 15 mart 2023-cü il tarixli
“Aİ-Ermənistan münasibətləri” adlı hesabatında ölkəmiz və 1915-ci
il hadisələri ilə bağlı əsassız iddialara yer verməkdə israrlıdır.
Tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan
bu fikirlərin bizim üçün heç bir əsası yoxdur. Biz Avropa
Parlamentini bu cür birtərəfli və əsassız iddiaları
təkrarlamaqdansa, siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət
etməyə dəvət edirik”, – deyə nazirlik vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir