
Türkiyədə zəlzələdə həlak olanların sayı 49 589-a çatıb
Bakı. Trend:
Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 49
589-a yüksəlib.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə vitse-prezidenti Fuat Oktay
bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal
gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən
edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya,
Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş
vilayətlərində ciddi dağıntılara səbəb olub.