
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə tədbiri keçirilib (FOTO)
Bakı. Trend:
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü
münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil
etdiyi ağacəkmə tədbirləri bu gün də davam edib.
Ekologiya və Təbii Sərvətlər, Energetika nazirlikləri, Dövlət
Statistika, Dövlət Gömrük komitələri, Konstitusiya Məhkəməsi və
Azəristiliktəchizat ASC-nin rəsmiləri və əməkdaşlarının, eyni
zamanda, könüllülərin iştirakı ilə keçirilən ağacəkmə zamanı
Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə
uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların
artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük
önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək,
Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam
etdirməkdir.