Alyaska sahillərində güclü zəlzələ olub

Bakı. Trend:

ABŞ-ın Alyaska ştatının sahillərində 5,4 bal gücündə zəlzələ baş
verib.

Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat
yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Ankor Point
yaşayış məntəqəsindən 19 kilometr cənub-qərbdə, ocağı isə 65,4
kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat
verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir