Azərbaycan gimnastları Riqada batut gimnastikası üzrə beynəlxalq turnirdə 3 qızıl və 1 gümüş medal qazanıblar

Bakı. Trend:

Martın 12-dən 19-dək Latviyanın paytaxtı Riqa şəhərində Avropa
Gimnastikasının təşkilatçılığı ilə batut gimnastikası üzrə “inkişaf
təlim-məşq” düşərgəsi keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildirilib ki,
məşqlərin ardınca eyni şəhərdə beynəlxalq turnir də təşkil edilib.
Yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvləri uğurla
çıxış ediblər.

Fərdi növdə təmsilçilərimiz Selcan Mahsudova (böyüklər
arasında), Samirə Hüseynova (11-12 yaş), Hüseyn Abbasov (15-16 yaş)
qızıl, Mehdi Əliyev (15-16 yaş) isə gümüş medala sahib çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir