Azərbaycan XİN Novruz bayramı ilə bağlı paylaşım edib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində
Novruz bayramı ilə bağlı paylaşım edilib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

“Xalqımızın mədəni və mənəvi zənginliyinin, bolluğun, bərəkətin
və yazın təcəssümü olan Novruz bayramında əziz xalqımızı səmimi
qəlbdən təbrik edirik. Novruz bayramı dövlətimiz və xalqımız üçün
daha böyük uğurlar gətirsin.

Bayramımız mübarək olsun!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir