
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Bakı. Trend:
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 176
vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən
xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların
sayı 56, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47, üç və
daha çox doza üzrə vaksinasiya olunanların sayı 62, pozitiv
nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 11
nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 952 882, birinci mərhələ üzrə
vaksinasiya olunanların ümumi sayı 5 405 613, ikinci mərhələ üzrə
vaksinasiya olunanların sayı 4 879 733, üç və daha çox doza üzrə
vaksinasiya olunanların sayı 3 401 665, pozitiv nəticədən sonra
buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 871 nəfər
təşkil edir.